Karyera

Karyera inkişafı

Karyeranın idarə edilməsi sistemi şirkətdə işləyən rəhbər və digər işçilərin hədəflərinin, məqsədlərinin, inkişaflarının şirkətin gələcəyə istiqamətlənmiş hədəfləri və strategiyası ilə uyğunlaşdırılmasını təmin edən sistem olduğundan  müəssisələrdə qurulacaq bu sistem işçilərin xidməti fəaliyyətinə (performansına) əsaslanmaqla onların inkişafını dəstəkləyir. Məqsədimiz  işçilərə karyera imkanlarını təmin etmək, işçilərin təlim ehtiyaclarını müəyyənləşdirmək və onların xidməti fəaliyyətinin qiymətləndirilməsi yolu ilə iş effektivliyinin artırılmasına nail olmaqdır. Bu sistemin tətbiqi nəticəsində müəssisə daxilində ehtiyat kadrların bazası formalaşmaqla, motivasiya sistemi gücləndirmək, işçilərin məmnunluğunun artırılmasına və müəssisə üzrə kadr axınının qarşısının alınmasına nail oluruq.

                                                                    

İnsan resurslarının idarə edilməsi

insan resurslarının idarə edilməsinin istiqamətləri aşağıdakılardır:                                                                

  • bərabər imkanların yaradılması prinsipinə uyğun olaraq işçilərin müsabiqə yolu ilə seçilməsi;
  • işçilərin davamlı inkişafı üçün peşəkar təlimlərin təşkil edilməsi;
  • işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi vasitəsilə onların karyera yüksəlişi planlaşdırılması və vəzifədə irəli çəkilməsi;
  • işçilərin səmərəli fəaliyyətini təmin edən həvəsləndirmə sisteminin qurulması və tətbiqi;
  • işçilərin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi.