Keyfiyyətin idarə edilməsi

Müəsisəmiz  “İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemləri” Beynəlxalq Standartının tətbiq olunmasını bəyan edərək, aşağıdakı prinsipləri əsas götürür:

  • Öz fəaliyyətini mövcud qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq konvensiyalar, mübadilə və xidmətlər üzrə müqavilələrin tələblərini yerinə yetirərək, qarşıya qoyulmuş və ölkənin mənafeyinə xidmət edən vəzifə və funksiyaların layiqincə həyata keçirilməsi;
  • İdarəetmə mexanizminin daim təkmilləşməsi üçün aparıcı vasitə olan İSO 9001:2008 “Keyfiyyət İdarəetmə Sistemləri” Beynəlxalq Standartın tələblərinin tətbiqi, təşkilatın fəaliyyətinin ona uyğunlaşdırılması və bu sahədə davamlı inkişafın təmin olunması;
  • Fəaliyyət göstəricilərinin yüksəldilməsi və inkişaf etdirilməsi;
  • ISO 9001:2008 Beynəlxalq Standartın tələblərinə uyğun olaraq, Keyfiyyət İdarəetmə Sisteminin daim yenilənməsini təmin etmək məqsədi ilə həmin sistemin rəhbərlik tərəfindən davamlı nəzarət və təhlil edilməsi;