SƏTƏM

Məqsədimiz – heç bir bədbəxt hadisəyə yol verməmək, insanlara, ekologiyaya və ətraf mühitə heç bir zərər vurmamaq. Hər bir təşkilat ətraf mühitin qorunması, istehsalat sahələrində təhlükəsizliyin təmin edilmsi, həmçinin işçilərinin sağlamlığını, təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öz üzərinə öhdəlik götürmüşdür.

Bu idarəetmə sistemi SƏTƏM-in fəaliyyətini istiqamətləndirməkdə, ardıcıl olaraq təkmilləşdirməkdə yardım edir. O, fərdi mühafizə daxil olmaqla, sağlamlıq, təhlükəsizlik və ətraf mühitə təsir baxımından risklərin idarə olunmasını tam əhatə edir.

Təhlükəsiz iş təkcə texniki baxımdan mükəmməl istehsalatdan və avadanlıqdan deyil, həmçinin səriştəli, təcrübəli işçilərdən, mütəxəssislərdən asılıdır.

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına sadəcə riayət etmək kifayət deyildir. Müəsisənin təhlükəsizlik prinsiplərinə sadiq qalması o deməkdir ki, hər bir işçi öz işini yerinə yetirərkən, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına son dərəcə məsuliyyətlə yanaşmalı, bütün riskləri əvvəlcədən təxmin etməli və həmin risklərdən qorunmaq üçün sayıq olmalı və göstərilən qaydalara ciddi əməl etməlidir.

  • Bütün iş yerlərində SƏTƏM sisteminin tələblərinə, müvafiq standartların, təlimatların və proseslərin istifadə edilməsi də daxil olmaqla, həmçinin təhlükəsizliyin “Əsas qaydalarına” riayət edilməlidir.
  • Təhlükəli sayla bilən istənilən işi dayandırılmalıdır.
  • Ancaq o iş yerinə yetirilməlidir ki, onun üçün işçi təlim keçmiş, səriştəli(siniz) olsun, səhhəti buna imkan versin, və işin təhlukəsiz yerinə yetirilməsinə tam əmin olsun.
  • Hər bir işçi əmin olmalıdır ki, onun iş yerində fövqəladə vəziyyət yaranmış olarsa, nə etməli olduğunu bilsin.
  • Hər bir işçi öz iş yoldaşlarının – digər işçilərin, podratçıların və üçüncü tərəflərin – İB-ın SƏTƏM və davranış qaydaları üzrə öhdəliklərinə müvafiq olaraq fəaliyyət göstərmələrini təmin etməyə və lazımı yardım göstərməyə borcludur.
  • İstənilən qəza, xəsarət halları, xəstəlik, təhlükəsiz olmayan və qeyri-sağlam mühit, qəza vəziyyətlər, ətraf mühitə zərərli maddələrin axıdılması və ya tullanılması haqqında, bu şəraitin dərhal düzəldilməsi, qarşısının alınması və ya ona nəzarət edilməsi üçün, rəhbərliyə təxirə salınmadan xəbər verilməlidir.
  • Və sair .