Etik normalar
Şirkətimizin məqsədi:
· yüksək etik davranış standartlarının tətbiqinə nail olmaq;
· Şirkət daxilində etik davranışı həvəsləndirmək və qeyri-etik davranışa görə cəzalandırmaq;
· Rəhbərlikdə olanlar və işçilər tərəfindən yerinə yetirilməli olan müvafıq standart və davranışa əsaslanan etik davranışı Şirkət daxilində inkişaf etdirməkdir.
· Şirkətin ümumi və hər bir əməkdaşın fərdi maraqlarını düşünmək, şirkətin dəyərinin yüksəldilməsini təmin etmək, işgüzar ünsiyyət normalarına riayət etmək, şirkətin işgüzar imicinin və sağlam etibarının qorunması, şirkətin ümumi strategiya və prioritetlərinin dəstəklənməsi, şirkətin imicindən şəxsi məqsədləri üçün istifadə etməmək, əldə olunmuş məlumatların məxfiliyinin qorunmasını təmin etməkdir.
· Müştəri və partnyorlarla yalnız hüquqi çərçivədə (yəni, qanunverici normaları pozmamaq, kiməsə şəxsi münasibətlərə görə üstünlük verməmək və s.) münasibət qurulması, öz məhsulunun keyfiyyətinə və müqavilədə nəzərdə tutulmuş öhdəçiliklərin yerinə yetirilməsinə zəmanət verilməsi, təchizatçı və istehlakçılarla qarşılıqlı fayda gətirən münasibətlərin qurulması və davam etdirilməsi, əməkdaşların ədalətli prinsiplərlə mükafatlandırılması və onların sosial zəmanətlərinin təmin etməkdir.